Ru
19:21 / 10 Oktyabr 2018

- Erməni yaltaqlığının möhtəşəm ifadəsi/ VİDEO “Comedy Club”dan maraqlı səhnəcik

2842
Rusiyanın "Comedy Club” yumor proqramı növbəti dəfə siyasi prosesləri özündə əks etdirən səhnəcik hazırlayıb.


BakuPost Axar.az-a istinadən xəbər verir ki, səhnəcikdə siyasi proseslərə Rusiya, ABŞ, Belarus, Ermənistan və Gürcüstanın "yanaşması” əksini tapıb.


Səhnəciyin ilk hissəsində restoranların birində Rusiyanın dəvəti ilə görüşən ABŞ və Rusiya bir-biri ilə səmimi formada salamlaşsa da, sonradan dəyişən üz ifadələri bu ölkələr arasında diplomatik müstəvidəki rəqabətin əsl təzahürünə çevrilir. ABŞ-a gileylənən Rusiya onun bütün rəfiqələrinə Rusiya ilə görüşməyi qadağan etdiyini bildirir.


Səhnəciyin gedişində ölkələrin liderləri hədəf seçilir. Putinin 18 illik hakimiyyətinə və ölkəsi üçün alternativsiz olmasına diqqət çəkilir. ABŞ-ın yeni seçimi olan milyarder Donaldla bağlı qızğın söhbəti isə Lukaşenkonun Belarusu kəsir. Belarus Rusiyanın təsadüfən ABŞ-la görüşdüyünü görüb ona bu barədə xəbər verilmədiyi üçün şikayətlənir.


Bir qədər sonra müştərilərə yaxınlaşan ofisiant onlardan sifarişlərini soruşur. Rusiya "Şimal axını” pivəsi sifariş verir və pivənin uzun bir boru vasitəsilə Almaniya vasitəsilə gəlməsini istəyir. Bu zaman söhbətə qarışan ABŞ Rusiyanın sifarişini ləğv etmək istəyir. Rusiyanın onun seçimlərinə müdaxiləsinə isə "Mənim seçimlərimə qarışma” cavabını verir.


Erməni yaltaqlığının möhtəşəm ifadəsi


Səhnəyə daxil olan Ermənistanın həm Rusiya, həm də ABŞ-la çox səmimi olduğu müşahidə olunur. Bu isə Rusiyanın etirazına səbəb olur. Sifariş üçün müraciətdən sonra Ermənistan özünə qaz istədiyini bildirir. Təbii ki, qazın çox baha olmasına baxmayaraq, Rusiya hesabı ödəyəcəyinə söz verir.


Daha sonra Ermənistan özünün yeni "jurnalist sevgilisi” ilə bağlı danışmağa başlayır. Onun (Paşinyan) kasıb və tamamilə pulsuz olması xüsusilə vurğulanır. "Bəs, kasıbdırsa, Ermənistan əhalisi necə yaşayacaq” sualına Ermənistanın verdiyi cavab isə medianın xüsusi diqqətini çəkib.


Hesabı ödəmək sırası çatdıqda isə Ermənistan hamıdan cəld tərpənərək qiymətlərin bahalığından gileylənir. Öz hesabını ödəməsi üçün Rusiyadan xahiş edən Ermənistan Gürcüstanı da Rusiyadan "pul qoparmağa” və həmin pulu ona verməyə təhrik edir.


Son səhnədə isə NATO görüş yerinə gələrək masada əyləşən qızları şənliyə dəvət edir. Təbii ki, ABŞ və Gürcüstan təklifi məmnuniyyətlə qəbul edir. Rusiyanın yanında oturduğu yerdən tərpənməyən Belarus və ayaq üstə NATO-nu qarşılayan Ermənistan gülüş obyektinə çevrilir. Rusiyanın narazılığı fonunda Ermənistan NATO şənliyində baş verənləri Rusiyaya çatdırmaq sözü verərək həmin cərgəyə üz tutur.


"Comedy Club”un möhtəşəm səhnəsinin sonu isə bu siyasi çaxnaşmada yeganə qazananın Çin olduğunu göstərir. Belə ki, gərgin müzakirələrdən sonra bütün ödənilən hesab Çinin cibinə gedir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər