Ru
15:45 / 17 Avqust 2017

Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndirilir

625
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində stasionar telefon şəbəkəsinin nömrə tutumu genişləndiriləcək.


BakuPost.az xəbər verir ki, bu barədə Trend-ə "Aztelekom” MMC-dən məlumat verilib.


Məlumata görə, genişləndirmə işləri yeni evlər tikildikcə həyata keçiriləcək.


Hazırda kənddə telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatıb. Kənd ərazisində kabel-kanalizasiya qurğuları, 1,2 min metr uzunluğunda şəbəkə infrastrukturu yaradılıb və 64 nömrə tutumlu ATS işə salınıb.


Cocuq Mərcanlıyadək 10 kilometr uzunluğunda optik xətt çəkilib. İlkin mərhələdə 50 ev, məktəb və dövlət əhəmiyyətli obyekt telefonlaşdırılıb və internetə qoşulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər