Ru
23:29 / 23 May 2017

Cocuq Mərcanlıda mina və qumbara tapıldı

1144
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

 

ANAMA-dan BakiPost.az-a verilən məlumata görə, gün ərzində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və  1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənib, 27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər