“Coca-Cola”nı içdikdən sonra 1 saat ərzində orqanizmdə nə baş verir? - VİDEO

3196
Bu gün bir çox həkim və mütəxəssislər zərərli içkilərin insan sağlamlığına öldürücü təsiri ilə bağlı həyəcan təbili çalırlar. Xüsusən də dünyanın əksər ölkələrində məşhur olan "Coca-Cola”nın zərərləri barədə daha çox yazılır. 

Buna baxmayaraq milyonlarla insan bu içkidən istifadə etməkdə davam edir. Öz mənfəətlərini güdən "Coca-Cola”nın sahibləri isə hər il milyardlar qazanırlar. Onlar bu zərərli içkini satmaq üçün hər cür vasitəyə əl atırlar. Məsələn, onlar Meksikada yaşayan yerli mayya qəbiləsini inandırıblar ki, insan bədənində olan zərərli ruhlar "Coca-Cola”nı içdikdən sonra çıxan qazlar vasitəsilə insan bədənindən xaric olurlar. Buna inanan cahil insanlar da süfrələrindən "Coca-Cola”nı əskik etməməyə çalışırlar, hətta onu ilahi içki hesab edirlər.

Həşəratların qənimi: dərman əvəzinə "Coca-Cola”

"Coca-Cola”nın necə zərərli tərkibə malik olmasını hindistanlı fermerlər daha yaxşı bilirlər. Belə ki, Hindistanın cənubundakı əyalətlərdə kəndlilərin tarlalarda zərərli həşəratlara qarşı dərman əvəzinə "Coca-Cola” içkilərindən istifadə edirlər. Sözügedən bölgələrdə yaşayan minlərlə hindli pambıq və bibər tarlalarında ziyanverici həşəratlara qarşı "Coca-Cola” içkilərindən zəhərli dərman olaraq istifadə edirlər.

Kumar adlı kəndlinin sözlərinə görə, Hindistanda ziyanverici həşəratlara qarşı zəhərli dərmanların qiyməti baha olduğu üçün, onun əvəzinə "Coca-Cola” içkilərindən istifadə olunur.

Onun sözlərinə görə, "Coca-Cola” içkiləri dərmanlardan daha ucuz və effektivdir: "Tarlamda böcəklər olan zaman "Coca-Cola” içkilərindən dərman kimi istifadə edirəm. Effektiv təsirə malikdir, çox məmnunam. Dərmandansa "Coca-Cola” daha sərfəlidir. Tarladakı həşəratları öldürmək üçün dərmanın effekti çox təsirli olmur. Ancaq tarlaya "kola” səpən kimi həşəratlar dərhal ölürlər”.

Halbuki "Coca-Cola” şirkəti istehsal etdikləri məhsulların içərisində həşəratlara zərər verə biləcək heç bir zəhərli maddənin olmadığını israr edir.

"Coca-Cola”nın səbəb olduğu 12 xəstəlik: xərçəng, hipertoniya...

Təəssüf ki, bir çoxumuz "Coca-Cola” və onun kimi içkilərin yaratdığı asılılıq, səbəb olduğu xəstəliklər barədə çox az məlumatlıyıq. İçərkən dadından doymadığımız bu qazlı içki əslində bir çox xəstəliyə yol açır. Məşhur yazıçı Karen Hill "Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm” adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəlik haqqında danışıb. Karen Hil insanların kolaya olan asılılığından da bəhs edib. 

Beləliklə, "Coca-Cola”nın səbəb olduğu 12 xəstəliyi təqdim edirik:

1- Çox kökəlmə və yağlanma
2- Qaraciyər zədələnməsi
3- Diş çürüməsi
4- Böyrək daşları və xroniki böyrək xəstəliyi
5- Asit turşusu
6- Sümük əriməsi
7- Hipertoniya
8- Ürək xəstəliyi
9- Həzm pozğunluğu
10- Alzheimer (yaddaş itkisi)
11- Xərçəng
12- Şəkər Xəstəliyi

"Coca-Cola”nı içən zaman orqanizmimizdə nələr baş verir?

"Coca-Cola” içkisinin insan səhhətinə zərərli təsiri elm adamları tərəfindən də sübut olunub. Onun orqanizmə necə təsir göstərdiyini aşağıda daha aydın görə bilərsiniz:

Kolanı içdikdən 10 dəqiqə sonra orqanizmə 10 çay qaşığı şəkər daxil olur (bu isə gündəlik normadır), yalnız ürək bulanmır, çünki fosfor turşusu onu boğur.

20 dəqiqədən sonra qanda insulin artır və şəkər qaraciyərdə yağların toplanmasına səbəb olur.

40 dəqiqədən sonra kofein həzm olunmur, göz bəbəkləri genişlənir, qan təzyiqi yüksəlir, adenozinov reseptorları bloklanır, yuxunu qaçırır.

45 dəqiqə keçəndən sonra bədən dofamin hormonunun hazırlanmasını yüksəldir, hansı ki, həzz mərkəzini stimullaşdırır.

Bir saat sonra fosfor, sink, maqnezium və kalsium turşusu bağırsaqlarda bağlanır və metabolizm sürətləndirir.

Növbəti saatda isə sink, maqnezium, kalsium, natrium, su, elektrolit sümüklərdən çıxır.

Daha sonra insan süst və əsəbi olur, çünki içki bədəndəki bütün suyu sidik vasitəsilə xaric edir.

Narkotiki atmaq qədər əziyyətlidir

Göründüyü kimi, "Coca-Cola” insan sağlamlığı üçün əsl xəstəlik mənbəyidir. Buna baxmayaraq bəzilərimiz gündə bir-iki litrdən çox, sanki su əvəzinə kola içirik. Əvvəla, kola qorxunc bir asılılıq yaradan içkidir. Narkotiki atmaq qədər əziyyətlidir. İnsanların asanlıqla tərgitməkdə çox çətinlik çəkdiyinə toxunan Hil qeyd edib ki, tərgitmək istədikləri ilk gün dəhşətli miqren ağrıları, titrətmələr, əsəbilik və yuxusuzluq yaşayırlar. Lakin iki günü keçdikdən sonra bomba kimi olurlar.

Nəzərinizə çatdıraq ki, dünyada ilk dəfə "Coca-Cola”ya qarşı etiraz 2006-ci ildə Türkiyədə başlanılmışdı. Və əbəs yerə deyil.

"Sağlıq üçün zərərlidir”

Bu içkinin vətəni ABŞ-da da "Coca-Cola” ən zərərli içkilərdən hesab olunur. Hətta Kaliforniya ştatının senatı 2014-cü ildə "Coca-Cola”-nın və bütün içkilərini tərkibində şəkər olduğundan onun üzərinə "Sağlıq üçün zərərlidir” ifadəsinin yazılması haqda layihəni təsdiqləyib.

Bir sözlə, dərk etməliyik ki, "Coca-Cola” adi içki yox, bizim, yaxınlarımızın həyatını, sağlamlığını təhdid edən zərərli bir məhsuldur. Odur ki, həm özümüz, həm də uşaqlarımız bu içkidən uzaq durmalıyıq. Nə qədər ki, onlar da koladan asılı vəziyyətə düşmüş milyonlardan birinə çevrilməyiblər...  

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər