Ru
12:59 / 16 Avqust 2017

“Cinsi zorakılıqların sayı artacaq” - Uşaqları necə qoruyaq?

2695
Azərbaycanda azyaşlıların cinsi zorakılığa məruz qalması faktları artıb. Mətbuatda tirajlanan xəbərlərdən də aydın olur ki, cinsi istismar olunan uşaqlar təkcə qızlar deyil, həm də azyaşlı oğlanlardır. Cəmiyyətdə pedofillərə qarşı münasibət nə qədər kəskin olsa da, onların sayında azalma deyil, artım müşahidə olunur.

 

 

Bəs bunun səbəbi nədir?


BakuPost.az-ın əməkdaşı son günlərin ən aktual mövzularından biri olan uşaqların cinsi istismarının səbəbləriylə bağlı psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib.

 

Psixoloq bunun bir neçə əsasının olduğunu, ilkin səbəbin bu barədə xəbərlərin tirajlanması və porno saytlar olduğunu deyib: "Buna təsir göstərən məqamlardan biri də bu cür xəbərlərin qabardılması, nəticədə psixoloji problemlərə həssas olan insanlarda şüuraltı infeksiyanın yaranmasıdır. Bu cür hallar əvvəllər də olub. Belə intensivliklə olmasa belə, pedofillər həmişə olub. Sadəcə indiki qədər geniş yayılmamışdı. İnsanları bu cür hallara təşviq edən amillər müxtəlif porno saytlar, bu istiqamətdə informasiyalardır. Sadaladığım amillər konkret olaraq psixoloji narahatlığı olan uşaq, yeniyetmə, gənc, müxtəlif yaş qrupunda olan insanlara müxtəlif cür təsir göstərir. Beyləqanda azyaşlı qıza qarşı cinsi zorakılıq tətbiq etmiş oğlanlar müayinə olunsa, mən inanmıram ki, onların psixikası təmiz çıxacaq. O uşaqların psixologiyası normal deyil. Sadəcə valideyn səhlənkarlığı, yaxud diqqətsizliyi, "zaman keçər düzələr” pirzmasından yanaşması o uşaqların bu vəziyyətə gəlib çıxmasına səbəb olub. Bütün hallarda hər bir insan özünün psixi sağlamlığının qeydinə mütləq şəkildə qalmalıdır. Bu, dönəmin tələbidir. Bu cür problemlər hələ bir müddət azalmayacaq, əksinə artacaq. Bu da məcbur edəcək ki, hər insan, hər bir valideyn öz uşağının, özünün psixi sağlamlığına fiziki sağlamlıqdan daha çox diqqət ayırsın”.

 

 

Картинки по запросу elnur rüstəmov

 

Psixoloq uşaqların uzun müddət cinsi istismara məruz qalması, lakin bunu öz valideynlərindən gizlətməsi məqamına da toxunub. Bildirib ki, valideynlər uşaqlarıyla demokratik münasibətlər yaratmalıdır. Əks halda uşaqların üzləşdiyi problemlər daha da dərinləşə bilər: "Bizdə həmişə deyirlər ki, valideynlə uşaq arasında bir pərdə olub, olmalıdır. Amma biz informasiya əsrində yaşayırıq. Valideynlə uşaq arasında münasibət nə qədər normal, nə qədər sağlam, nə qədər demokratik prinsiplər üzərində olacaqsa, baş vermiş, yaxud baş verəcək təhlükə barədə valideyn anında xəbər tutacaq. Əks halda kifayət qədər yaşı olan adamlar da şantajın qurbanı olurlar. Buna görə də bu tip hallar artır. Daha da neqativ fəsadlara gətirib çıxarır. Kiminsə kimsə tərəfindən şantaj olunması, bunun müqabilində cinsi istismara məruz qalması və s. mətbuatda işıqlandırılır. Sual yaranır: bəs qarşı tərəf niyə bunu kiməsə demirdi? Çünki fikirləşirdi ki, kiməsə deyərəm, problem daha da qabarar, artar. Əslində isə bu düşüncəylə problemi daha da böyüdürlər. Elə bir həddə gətirib çıxarırlar ki, düzəltmək çətin, hətta mümkünsüz olur. Ona görə valideyn-uşaq münasibətləri sağlam qurulmalıdır. Şübhəsiz, valideyn-uşaq münasibətinin şəffaflığı uşağın nə istədiyini etməsi demək deyil. Biz uşaq hüquqlarından danışırıqsa, uşağın vəzifələrindən də danışmalıyıq”. 


E. Rüstəmov hesab edir ki, maarifləndirmə tədbirləri genişləndirilməlidir: "Bu məsələlərdə hüquqi müstəvidə tədbirlər görülür, bundan sonra da görüləcək. Təklif var ki, daha sərt cəzalar verilsin. Olsun. Bu da insanları müəyyən qədər çəkindirəcək. Amma tamamilə yox. Digər ölkələrin praktikalarına baxsaq, adi oğurluqla, zinakarlıqla bağlı çox sərt tədbirlər görülür. İnsanın bədən üzvünün kəsilib atılmasına kimi tədbirlər var. Bu problemin qarşısını alırmı? Almır. 


Ona görə də cəzaların sərtləşdirilməsindən daha çox, maarifləndirmə məsələlərinə diqqət yetirməliyik. Psixoloji narahatlıqları olan insanlarla bağlı mütləq tədbirlər görülməlidir. Çünki bu proses könüllü xarakter daşıyır deyə, onu məcburi harasa götürmək olmur. Əgər konkret kriteriyalar üzrə məcburiyyət olsa, belə hallardan da sığortalanmaq olar”.

 

Nigar

 

 

 
“Cinsi zorakılıqların sayı artacaq” -  Uşaqları necə qoruyaq?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər