Ru
18:25 / 19 Avqust 2017

“Chevrolet” su kanalına düşdü - Sürücü öldü

836
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində "Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.

 

BakuPost.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:23-də başa çatıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər