Ru
12:00 / 22 İyun 2018

Ağacları kəsənlərlə bağlı hökumətə yeni təkliflər veriləcək - CƏRİMƏLƏR ARTIRILIR

1683
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsinə görə tətbiq edilən cərimələrim miqdarının artırılması üçün hökumətə təkliflər veriləcək”.


BakuPost xəbər verir ki, bu sözləri nazirliyin Ekoloji Təbliğat Şöbəsinin rəhbəri Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı artıq hazırlıq gedir: "Ağacların kəsilməməsi, əhəmiyyəti ilə bağlı nə qədər təbliğat aparılsa da, yenə də qırırlar. Bu səbəbdən düşünürük ki, cərimə nə qədər çox olarsa, adamlar ağac kəsimindən o qədər çəkinər”.


Sektor müdiri qeyd edib ki, yayın istilərindən qorunmaq üçün, havanın oksigenlə zənginləşdirilməsi, tozun, küləyinin qarşısını almaq üçün yaşıllıqlara böyük ehtiyac var.


U.Tağıyeva mövcud cərimələrin məbləğini də açıqlayıb: "Fiziki şəxslər 2200 manatdan 3000-ə qədər, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər isə 25-45 min manat arası cərimə edilir. Lakin artırılması üçün təkliflər hazırlayırıq”.

Ağacları kəsənlərlə bağlı hökumətə yeni təkliflər veriləcək -  CƏRİMƏLƏR ARTIRILIR
Ağacları kəsənlərlə bağlı hökumətə yeni təkliflər veriləcək -  CƏRİMƏLƏR ARTIRILIR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər