Ru
12:39 / 01 Dekabr 2016

Cəmiyyətdəki ajiotaj...

1611

Zahid
Oruc



Sovetlər
Birliyinin çöküşündən sonra Rusiyada yeni iqtisadi formasiyaya keçidi təmin etmək
üçün irəliyə sürülən proqramlardan biri "500 gün” adlanırdı. Hər iki müəllif,
Şatalin və Yavlinskinin kapitalizmi etiraf etmək, onun qanunlarına uyğun
davranmaq fəlsəfəsi ilə tərtib etdikləri köklü islahat doktrinasında sovet
mülkiyyətinin dövlətdən özəl əllərə verilməsinin yolları irəli sürülür, bir il
yarım ərzində sosial sabitliyə nail olunacağına inam ifadə olunurdu.


Birinci
növbədə, torpağın, mənzil fondunun şəxsi mülkiyyətə verilməsi, iri müəssisələrin
səhmləşdiriliməsi, daha sonrakı mərhələdə qiymətlərin liberallaşdırılması,
bazarın sabitləşdirilməsi və inkişafa qədəm qoyulmasını hədəf kimi seçən
proqram müəlliflərinin tərəfdarları çox olsa da sənədi qəbul etmək mümkün
olmadı. Lakin Rusiyada Qərb iqtisadi sistemindən imtina mümkün deyildi və
Qaydar, Çernomırdin, Primakov zamanında ölkə demərkəzləşməyə və dövlətin
iqtisadiyyatdakı rolunun azaldılmasına getməyə məcbur oldu.

İndi
bunu xatırlatmağın xüsusi mənası var. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıtdığı mürəkkəb hərbi-siyasi şəraitdə ruslardan daha tez verdiyi strateji qərarlar
Azərbaycanda iqtisadi xaosu durdurmağa imkan verdi. Torpaq özəl, nəqliyyat
sektoru liberal, taxıl və un məhsulları dövlətin inhisarından kənarda
formaşalaraq 90-cı illərdə yeni dövlətin fundamental dayağına çevrildi. Xalq
çörək sınağından qurtuldu.


Şükürlər
olsun, ölkəmiz böyük bir inkişaf yolu keçib. İslahatların iki mərhələsini böyük
sınaqlarla keçə bilmişik. İndi neftsiz eranın çağırışları qarşısındayıq. Daha
çörəyimizi kerosinə batırıb yediyimiz 160 illik dövrdən fərqli formasiyaya qədəm
qoymuşuq.


Prezident
İlham Əliyevin liderliyi altında ötən illər ərzində enerji sektorunda və su təsərrüfatı
sistemində köklü dəyişiliklər baş verib, əhalinin qaz və elektrik enerjisi ilə
təminatı üçün böyük işlər görülüb. Zaman yeni çağırışları qarşıya qoyur. Büdcənin
yükünü azaltmaq üçün enerji sektorunda idarəetmə və özəl şirkətlərin fəaliyyətinə
meydan verməklə hazırkı tarif siyasətinə cəmiyyətdəki ajiotajı tam aradan
qaldırmaq mümkündür.


Siz təkcə
iki Avropa ölkəsində-Fransa və Belçikada həmin modelin necə uğurla çalışdığını
görə bilərsiz. Rəqabət mühiti, dövlət yardımından asılılığa son qoyulması və əhali
qarşısında müqavilə öhdəliyi ilə hüquqi münasibətlərə üstünlük verən bir gələcəkdən
imtina etməyinə dəyməz.


Mobil
rabitə sistemi enerji sektorundakı idarəçiliyin formasını dəyişməyin ən yaxşı
nümunəsi ola bilər. Kimsə hansı operatoru seçməsini, yaxud gündəlik danışıq
kvotasını dövlətdən sorumşadan qurmurmu?


Telefonlarla
danışarkən sizə israfçılığı qadağan etmək heç kəsin ağlına gəlmir. Əksinə,
sözünüz nə qədər uzundursa, Azərcelin, Bakcelin büdcəsi də o qədər "uzanır”.

Enerji və
qazı mobil etmək lazımdır!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər