Ru
19:57 / 21 İyun 2017

Cəlilabaddakı "İran bazarı"nda güclü yanğın - FOTO/Yenilənib

4754
 Cəlilabad rayonundakı "İran bazarı”nda baş vermiş yanğın söndürülüb.

 


Yerli sakinlərin "Report"un Aran bürosuna verdiyi məlumata görə, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. 


Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

 

***

18:57 

 

Cəlilabad rayonundakı "İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

 


"Report" xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.


İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.

 

***

18:26

 

Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb. 


Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər. 


Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

 

BakuPost

Cəlilabaddakı "İran bazarı"nda güclü yanğın -  FOTO/Yenilənib
Cəlilabaddakı "İran bazarı"nda güclü yanğın -  FOTO/Yenilənib
Cəlilabaddakı "İran bazarı"nda güclü yanğın -  FOTO/Yenilənib
Cəlilabaddakı "İran bazarı"nda güclü yanğın -  FOTO/Yenilənib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər