Ru
17:09 / 24 Aprel 2017

- Ana azyaşlı övladını xilas etdi/ FOTO Cəlilabadda güclü yanğın

1548
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 


"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çinar kəndində qeydə alınıb. 


Belə ki, kənd sakini Zöhrab Musayevə məxusus fərdi yaşayış evi anidən alovlanıb və yanğın bütün evi bürüyüb. Yanğın zamanı evdə azyaşlı uşaq olub. Yanğından xəbər tutan uşağın anası alovun içindən uşağı çıxarıb.

 

Ana xəsarət alsa da uşağın həyatını xilas edə bilib. Hadisə zamanı birmərtəbəli 4 otaqlı ev içindəki əşyalarla birgə yanıb.

İlkin ehtimala görə, yanğın evdəki elektrik naqillərindəki qısqapanmadan baş verib.


Faktla bağlı araşdırma aparılır.


 

Bakı Post
 - Ana azyaşlı övladını xilas etdi/ FOTO Cəlilabadda güclü yanğın
 - Ana azyaşlı övladını xilas etdi/ FOTO Cəlilabadda güclü yanğın
 - Ana azyaşlı övladını xilas etdi/ FOTO Cəlilabadda güclü yanğın
 - Ana azyaşlı övladını xilas etdi/ FOTO Cəlilabadda güclü yanğın
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər