Ru
15:38 / 15 Avqust 2017

Cəlilabadda ev quşları qırılır - Xəstəlik yayılıb/ FOTO

4141
Cəlilabadda ev quşları arasında qorxulu xəstəlik yayılıb. 


Rayon sakinlərindən BakuPost.az-a verilən məlumata görə, avqust ayı ərzində Təzəkənd, Alar, Qara Zəncir, Üçtəpə, Əliqasımlı və digər kəndlərdə yüzlərlə ev quşu tələf olub. Daha çox qaz və toyuqlarda müşahidə olunan kütləvi qırılmanın səbəbi hələ ki bilinmir: "Xəstəliyə yoluxan ev quşlarının sanki başı gicəllənir. İki-üç gün yerində dövrə vurur, sonra isə ölürlər. Müşahidə etdikdə adama elə gəlir ki, xəstəlik həm də onları kor edir. Aidiyyəti qurumlar bu vəziyyətin qarşısını almaq üçün hələ ki, bir tədbir görmür”. 


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli BakuBost.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb: "Sizin sorğunuzdan sonra məsələ ilə maraqlandıq. Məlum oldu ki, ev quşlarının tələfatı ilə bağlı Cəlilabad rayonunun aidiyyəti qurumlarına heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, sizin müraciətinizdən sonra idarə əməkdaşları adları keçən kəndlərdə araşdırma aparıblar. Ev quşlarının tələf olması halı yalnız Təzəkənd kəndində müşahidə olunub. Bu tələfatın səbəbini öyrənməkdən ötrü qırılan quşlardan nümunələr götürülərək Bakıya laboratoriyaya göndərilib. Yəqin ki, sabah bu yayılan xəstəliklə bağlı əlimizdə dəqiq məlumat olacaq”.

 

 

Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Cəlilabadda ev quşları qırılır -  Xəstəlik yayılıb/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər