Ru
14:50 / 20 Fevral 2017

“Cəbiş müəllim”in xanımı ona xəyanət edibmiş - Kəsilən kadrlar

4941
Üç il əvvəl kulis.az saytı "Bizim Cəbiş müəllim” filminin sonluğu barədə kino kuluarlarında gəzən söhbətləri xəbərləşdirmişdi.

 

Deyilənə görə "Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. 

 

Filmin ssenari müəllifi, Xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.

 

Lakin dünən tədqiqatçı Füzuli Sabiroğlunun Youtube-a yüklədiyi bir video bu köhnə şaiyəni yenidən aktuallaşdırır.

 

Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədan anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.


“Cəbiş müəllim”in xanımı ona xəyanət edibmiş -  Kəsilən kadrlar
“Cəbiş müəllim”in xanımı ona xəyanət edibmiş -  Kəsilən kadrlar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər