Ru
09:39 / 24 Aprel 2018

Cəbhədə silahlar susmur - Ermənilər atəşkəsi 113 dəfə pozdu

2027

Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə
pozub.

 

BakuPost.az-ın Müdafiə Nazirliyinin saytına istinadən
verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı,
Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində və adsız
yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.



Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Kürdlər kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri
atəşə tutulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər