Ru
16:03 / 23 May 2018

Cavid Hüseynov 3 oyunluq cəzalandırıldı

1596
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


BakuPost xəbər verir ki, iclasda Premyer Liqanın sonuncu - 28-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.


Mayın 20- "Sumqayıt” – "Zirə” matçında "Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Oyunun 90+3-cü dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.


"Kəpəz” – "Neftçi” matçının 87-ci dəqiqəsində "Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.


Mayın 21-də "Qəbələ” – "Qarabağ” matçının 45+2-ci dəqiqəsində "Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər