Ru
14:36 / 26 Sentyabr 2018

“Canımın içi... yenidən qovuşmaq ən böyük arzumdur” - Sevil Nuriyeva

4326
Bir neçə gün əvvəl İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva hər kəsi kədərə boğan status paylaşıb.


BakuPost xəbər verir ki, o, həyat yoldaşının dünyadan oruclu, dəstənamazlı köçdüyünü qeyd edib: "Cənnətdə onunla yenidən qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu dünyanı tərk edib. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar ondan razıdır. Ağzı oruclu, dəstəmazlı və ən son gün zəkar vərərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi... Sən İlyası (oğlunu nəzərdə tutur – red.) necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə söz verirəm, hamısı olacaq. Nəfəsim çıxana qədər Allahım üçün, məfkurəm üçün, davam üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı, mərd, mərhəmətli olmağa davam edəcəm. Kədərim dərindir və heç vaxt sakitləşməyəcək. Amma cənnətdə qovuşanadək dua edəcəyəm. 


Etimad! Səninlə hər zaman fəxr etmişəm. Səninlə birlikdə keçirdiyim hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam üçün çox sağ ol. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Allah cənnətində bizi qovuşduracaq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər