Ru
16:03 / 20 Fevral 2017

“Camaat bilmir ki, dövlət xəstəxanaları pulsuzdur?” - Deputatdan baş həkimə dəstək

16363

Xəbər verdiyimiz kimi, 1 saylı Kliniki Tibbi Mərkəzin
("Semaşko") baş həkimi Ədalət Dadaşovun xəstəxanada pasientlərin
pulsuz müalicə edilməsiylə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı
qarşılanmayıb. Onun 
"Ailəmizdəki qadınları söyürlər” - Baş həkimin müzakirə olunan müsahibəsi başlıqlı müsahibəsi əhali baş həkimin sözlərini gülüşlə qarşılanıb.

BakiPost.az-ın əməkdaşı Ə.Dadaşovun müzakirələrə səbəb
olan fikirləri ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət
İbrahimqızının da möveyini öyrənib. Deputat baş həkimin dediklərinin həqiqət
olduğunu qeyd edib: "Cəmiyyətdə insanlar bilmirlər ki, dövlətin bütün səhiyyə
strukturlarında vətəndaşlara pulsuz xidmət olunur? Bununla yanaşı hər il cənab
prezident İlham Əliyevin tapşırığı ilə əhali ümumi olaraq bütövlükdə ölkəmizin
səhiyyə müəssislərində "check up” müayinədən keçirilir. İnana bilmirəm ki, əhali xəstəxanalarda pulsuz xidmət göstərildiyinə inanmasın. Çünki bu, mənə çox qəribə
gələr. Hər kəs bilir ki, lap Sovet dönəmindən bu günə kimi Azərbaycanda dövlət
səhiyyə strukturlarında və müəssislərində tibbi xidmət pulsuzdur”.


Deputat qeyd edib ki, dövlət xəstəxanalarında xəstələrdən
pul alınmasıyla bağlı fikir yaratmaq istəyənlərin hansısa bir məqsədi var
: "Mən
əminəm ki, bu belədir”.

Sevinc Yasinqızı

Bakı Post

“Camaat bilmir ki, dövlət xəstəxanaları pulsuzdur?” -  Deputatdan baş həkimə dəstək
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər