Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılır

1487
Cahagir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik etdiyi dövrdə bankın 60 milyon manat krediti hesabına ərsəyə gətirilən "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılacaq. Aprelin 9-da keçirilməsi planlaşdırılan hərracda kompleksin ilkin qiyməti 37 milyon 744 min manat müəyyən olunub. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 571 manatdır.

BakuPost "Yeni Müsavat"a istinadən xəbər verir ki, kompleks ilk dəfə ötən il "Bakı Fındıq Emalı” müəssisəsi adı altında hərraca çıxarılıb. Müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən "Azərkredit” hərraca çıxarıb. Həmin vaxt hərraca çıxarılan "Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti fərqli olmayıb - 37 milyon 744 min manat müəyyən edilib.

Qeyd etdiyimiz kimi, müəssisə ABB-dən ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. Cəmiyyətin ümumi istehsal gücü: minimum 5 min ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılıb. İlk açıq hərrac 15 avqust 2017-ci ildə keçirilib. "Bakı Fındıq Emalı” müəssisəsi ("BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Sonradan keçirilən hərracda adı açıqlanmayan şirkət müəssisəni ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa boyun olsa da, sonradan "Aqrarkredit”in şərtlərinin ağırlığı qarşısında geri çəkilməli olub.
 
“Bakı Fındıq Emalı” müəssisəsi ile ilgili görsel sonucu
 
Yada salaq ki, "Aqrarkredit” bank olmayan kredit təşkilatına 2015-ci ilin iyulundan bəri ABB-nin problemli aktivlərinin idarə olunması tapşırılıb. Bankın təxminən 10 milyard manat dəyərində aktivləri "Aqrarkredit”ə ötürüb. "Aqrarkredit” istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. "Aqrarkredit” QSC fəaliyyətə başlayandan bu günə qədər maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (http://www.aqrarkredit-emlak.az) adını elan edib. Bununla da işini bitmiş hesab edir. Faktiki isə dövlət ABB-nin borclarını üzərinə götürməklə bankdan yoxa çıxarılan 10 milyarda yaxın vəsaitin dövlət büdcəsi hesabına bağlanması - yəni hər bir vətəndaşın üzərinə yüklənməsi öhdəliyini üzərinə götürüb. ABB-nin mal-mülkünü satıb dövlətin üzərinə götürdüyü öhdəlikləri yüngüləşdirmək, yəni 10 milyarda yaxın borcun bir hissəsini həmin əmlakların satışı hesabına örtmək "Aqrarkredit”ə tapşırılıb. Bu təşkilat, rəhbəri "Şapka Mamed” ləqəbli Məmməd Musayevin neqativ fəaliyyəti haqda mətbuatda kifayət qədər yazılıb. Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin "AqrarKredit”ə verilməsinin hələ 2015-ci ildə zərərli olduğunu bəyan etmişdi.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər