Ru
16:37 / 19 Sentyabr 2017

Cahangir Əsgərovun qızının zavodunda güclü yanğın - FHN-dən açıqlama/ YENİLƏNİB/ VİDEO

1429
Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli” kosmetika zavodunda yanğın başlayıb.


BakuPost.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb.

 

Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 


Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

 

Qeyd edək ki, "Gazelli” kosmetika zavodu AZAL rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya aiddir. *** 16:58 Fövqəladə Hallar Nazirliyi "Gazelli" kosmetika zavodunda başlayan yağınla bağlı məlumat yayıb.

 


Qurumun Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən BakuPost.az-a verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.


Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.


Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.


Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir. *** 17:16

 

"Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, baş verən yanğın söndürülüb. Onun sözlərinə görə, təxminən, 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: "Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

 


Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.


Cahangir Əsgərovun qızının zavodunda güclü yanğın -  FHN-dən açıqlama/ YENİLƏNİB/ VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər