Ru
22:29 / 16 İyun 2018

Üç uşaq atasını cərəyan vurub öldürdü

2088
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Habil Həmidov yaşadığı evin həyətində su motorunu işə salarkən ehtiyatsızlıq edib və kəsilmiş naqildə olan elektrik cərəyanı onu vurub. Hadisə nəticəsində 3 uşaq atası Habil Həmidov dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər