Ru
12:31 / 23 May 2017

Üç rayonda narkotik əməliyyatı

891
Daxili İşlər Nazirliyi üç rayonda narkotik əməliyyatı keçirib.


 

BakiPost.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əliyev və Hüseyn Ağayevdən 1 kiloqram heroin götürülüb.

 

Əldə edilən məlumat əsasında Astara RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Gülü Şiriyevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb.

 

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə Könüllü kənd sakini Abil Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 81 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər