Ru
13:53 / 20 İyul 2017

Üç klubumuzun Avroliqa həyəcanı: möcüzə olacaqmı?

810
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. BakuPost.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.


BakuPost.az xəbər verir ki, "Qəbələ” evində 1:1 bərabərə qaldığı Polşa "Yagelloniya”sı ilə səfərdən qalib ayrılmalıdır, əksə halda yarışı tərk edəcək. Ən pis halda komandamız 2:2 heç-heçəyə nail olmalıdır. 


Səfərdə 3:1 məğlub olan "Zirə” isə Bakıda Rumıniyanın "Astra” klubuna azı 2:0 qalib gəlməlidir ki, növbəti tura vəsiqə qazansın. 


Bu gün Avroliqada cavab görüşünə çıxacaq digər komandamız isə son vaxtlar maliyyə böhranı yaşamasına baxmayaraq stabil oyun göstərən "İnter”dir. 


Bakılılar paytaxtda qazandığı 1:0 hesablı qələbəni Lüksembuqrda da "Fola” üzərində qoruyub saxlamalıdır. 


Qeyd edək ki, "Zirə” 21:00-da, "İnter” 21:30-da, "Qəbələ” isə 22:30-da meydana çıxacaqlar. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər