Ru
18:00 / 21 İyun 2018

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - TARİX

3956
Bu gün IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələri yaxın 3 gün ərzində açıqlancaq.


BakuPost xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.


Onun sözlərinə görə, imtahanın nəticələri və sualların doğru cavabları DİM-in rəsmi saytında yerləşdiriləcək.


Qeyd edək ki, bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.


Ümumilikdə 64800 şagird imtahan verib (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).


IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb.


Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər