Ru
14:43 / 19 Yanvar 2017

“Bura çimərlik paltarında gəlmək istəyirdim” - Obamanın sonuncu konfransından seçmələr

965

Barak
Obama Ağ Evdə sonuncu mətbuat konfransını keçirib.

BakiPost.azxarici mətbuata istinadən xəbər verir ki, Obama konfrans zamanı Yaxın Şərqdə
baş verən müharibələr barədə narahatlığın dilə gətirib. O, "İsrail-Fələstin
məsələsində hər iki dövlətin vaxtı uzatmasından narahatam", - deyə
bildirib.


20 yanvarda
hakimiyyəti yeni prezident Donald Trampa təslim etməyə hazırlaşan ABŞ-ın 44-cü
prezidenti Obama, jurnalistlərlə zarafat edərək mətbuat konfransını açıb:
"Bu
gün bura çimərlik paltarında gələ bilmədiyim üçün təəssüf edirəm. Həyat
yoldaşım Mişel yanvar ayında olduğumuz üçün bu geyimin uyğun olmadığını söylədi”.


Daha
sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı özünün hakimiyyəti
dövründə Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışdığını söyləyərək Rusiya dövlət
başçısı Vladimir Putinin eyni addımı atmağa cəhd etmədiyini bildirib:"Putinin Amerikanın əleyhinə ifadələr işlətməsi bizim münasibətlərimizi
korladı".


Obama
daha sonra ABŞ ilə Rusiya arasında konstruktiv münasibətlərin yaranmasının hər
iki ölkənin də xeyrinə olduğunu, hakimiyyəti boyunca bunun üçün çox çalışdığını,
lakin heç bir uğur əldə edə bilmədiyini qeyd edib.

Nərmin

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər