Ru
17:40 / 28 Mart 2017

Bulvardakı pulsuz “WiFi”dan necə istifadə etməli?

1120
Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən "Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.


Trend-in məlumatına görə, qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında "Baktelekom”-u seçməlidirlər.


İstifadəçi açılan "Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və "Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni "Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz "İctimai Wi-Fi”a qoşulur.


SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.


İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər