Ru
09:30 / 27 Mart 2017

Bulvarda intihar edən şəxsin kimliyi bilindi - Yenilənib

2020

Bakıda Dənizkənarı Milli Park ərazisində intihar edən şəxsin kimliyi bilinib.

 

BakiPost.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.


 ***

 22:24

 

Lent.az-ın  məlumatına görə, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb. Şəxsiyyəti hələ dəqiqləşdirilməyən  şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub. 

 

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır. 

 

Bakı Post
Bulvarda intihar edən şəxsin kimliyi bilindi -  Yenilənib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər