Ru
00:56 / 12 May 2018

Bulvarda çimməyə icazə var? - Video yayıldı

2701
Sumqayıt şəhər bulvarı ərazisində çimənlər var.

 


BakuPost xəbər verir ki, bununla bağlı "Xəzər Xəbər”in votsap nömrəsinə video-görüntü göndərilib.


İddia olunub ki, bir neçə nəfər ictimai yerdən dənizə girib və çimib.


Bəs görəsən bulvar ərazisində çimməyə icazə varmı?


Məlumata görə, bu məsələ şəhər ictimayətinin nümayəndələri tərəfindən də yaxşı qarşılanmayıb. Bulvarın ailəvi istirahət məkanı olduğunu deyən sakinlər bu cür hallara yol verilməməli olduğunu bildiriblər.


Məsələ ilə bağlı Sumqayıt şəhər Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, təqdim olunan video-görüntü həqiqəti əks etdirmir. Bulvar ərazisi günün 24 saatı mühafizə olunur.


Çimərliyə çıxan hissədən sakinlər yalnız gəzinti məqsədilə istifadə edə bilərlər. O ki qaldı video-görüntüdə göstərilənlərə, bildirilib ki, onlar həmin hissədə təmir-bərpa işi həyata keçirən ustalardır.


Ümumiyyətlə, bulvar ərazisində heç kəsin dənizə girməsinə icazə verilmir. İcazəsiz girən vətəndaşlar olarsa, onlara qarşı tədbirlər görüləcək.Sumqayıt şəhər bulvarı ərazisində çimənlər var.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər