Ru
12:20 / 23 May 2017

Bugünkü hərracın nəticələri açıqlandı - FOTOLAR

810
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə bu gün növbəti hərrac keçirilib.


Komitədən BakiPost.az-a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.


Qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub. Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Həmin əmlak 1275 manata sahibini tapıb. Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsindən 1-i Sumqayıtda, 1-i isə Ağdaşda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi isə 16,6 kv.m ilə 67,1 kv.m arasında dəyişir.


Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən, sahəsi 16,6 kv.m olan qeyri yaşayış sahəsidir. Həmin əmlak 3 min 500 manata özəlləşdirilib. Həmçinin, Ağdaş rayonunda yerləşən, sahəsi 28,2 kv.m olan qeyri yaşayış sahəsi də 6 min manata sahibini tapıb.


Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.


Komitə tərəfindən növbəti hərrac mayın 30-da keçiriləcək. Hərraca ümumilikdə 49 əmlak çıxarılacaq. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

 

 

Bakı Post
Bugünkü hərracın nəticələri açıqlandı -  FOTOLAR
Bugünkü hərracın nəticələri açıqlandı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər