Ru
09:11 / 26 Sentyabr 2018

Büdcə layihəsi prezidentə TƏQDİM OLUNDU

2237
Nazirlər Kabinetinə təqdim olunan 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə müsbət rəy verilib.


BakuPost xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Sənəddə qeyd olunub ki, Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi "Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.


Bu sənədlər və müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim ediləcək.
Büdcə layihəsi prezidentə  TƏQDİM OLUNDU
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər