Ru
12:33 / 29 Mart 2017

Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərə xəbərdarlıq

1349

Bu gün axşam
saatlarınadək "Hava limanı” yol qovşağından "Mərdəkan” yol qovşağınadək olan
hissədə avtoəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-nin mətbuat
xidmətindən BakiPost.az-a verilən məlumata görə, buna səbəb yolun sözügedən
hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır: ""Azəravtoyol”
ASC tərəfindən Bakı şəhərində avtoəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi
məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi
işləri həyata keçirilir. Bu gün axşam saatlarınadək "Hava limanı” yol
qovşağından "Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin
rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə
avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar
üzrə hissə-hissə qismən məhdudlaşdırılır.


"Azəravtoyol” ASC
sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər