Ru
17:00 / 22 Fevral 2017

Bu yol bağlanır - Sürücülərin nəzərinə

767
Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.


Bu barədə BakiPost.az-a "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.


Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.


Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər