Ru
16:07 / 16 Mart 2018

Bu şirkətlər büdcədən külli miqdarda pul yayındırıb - SİYAHI

3555
Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.


DGK-dən BakuPost-a bildirilib ki, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 












Xarici iqtisadi fəaliyyət iştirakçısının adı


 


Saxta invoysda göstərilən qiymət


Real qiymət


           Fərq


 




























































































































































1


"Define” MMC


27139,49 ABŞ dollar


38770,70 ABŞ dolları


11631,2 ABŞ dolları


 


2


"Define” MMC


42040,54 ABŞ dolları


60024,2 ABŞ dolları


17983,66 ABŞ dolları


 


3


"Yumaks” MMC


29463,86 Avro


87000 Avro


57536,14 Avro


 


4


"Həsənoğlu LTD” MMC


18774,22 ABŞ dolları


54090,42 ABŞ dolları


35316,2 ABŞ dolları


 


5


"Desplazado” MMC


49155 ABŞ dolları


149249,89 ABŞ doları


100094,89 ABŞ dolları


 


6


"EPMSS Group” MMC


34476,3 ABŞ dolları


119976,56 ABŞ dolları


85500,26 ABŞ dolları


 


7


"Star-SM” MMC


   15709 ABŞ dolları


95552,8 ABŞ

dolları


79843,8 ABŞ dolları


 


8


Cəbiyev Səxavət Balaxan oğlu


38280 ABŞ dolları


69135 ABŞ dolları


30855 ABŞ dolları


 


9


"Aysberg BZ” LTD


64083 ABŞ dolları


134616 ABŞ dolları


70533 ABŞ dolları


 


10


"Ximekspress-2000” MMC


12674 ABŞ dolları


28287,28 ABŞ dolları


 15613,23 ABŞ dolları


 


11


"Ximekspress-2000” MMC


10498,4 ABŞ dolları


23695,7 ABŞ doları


13197,3 ABŞ doları


 


12


"Ximekspress-2000” MMC


 7869,7 ABŞ dolları

 


 10371 ABŞ dolları


 2501,3 ABŞ dolları


 


13


"Aqrosel” MMC


4556 ABŞ dolları


34380 ABŞ dolları


29824 ABŞ dolları


 


14


Zeynalov Həmzəağa


50634,16 Avro


153756,24 Avro


103122,08 Avro


 


15


"Neo Conseption” MMC


17372,75 Avro


34374,9 Avro


17002,15 Avro


 


16


"Biznes 2017” MMC


17492 Avro


24400 Avro


6908 Avro


 


17


"Səma İstehsalat Kommersiya”


17004,5 ABŞ dolları


28479,36 ABŞ dolları


11474,86 ABŞ dolları


 


18


"Legenda İB”


15615,97 ABŞ dolları


37865,26 ABŞ dolları


22249,29 ABŞ dolları


 


19


"Vertikal Line” MMC


8328 ABŞ dolları


30350 ABŞ dolları


22022 ABŞ dolları


 


"Cədvəldən də göründüyü kimi ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37 Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib", - deyə məlumatda vurğulanıb.


Bundan başqa, Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.


Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib. Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb, 3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və "ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 avro məbləğində azaldılıb və nəticədə 6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.


"Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək", - deyə məlumatda vurğulanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər