Ru
20:34 / 27 May 2018

Bu reyslərdə gecikmə var - AZAL XƏBƏRDARLIQ ETDİ

1984
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi gecikir.


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.


"Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər