Ru
17:58 / 24 Aprel 2018

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

2965

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin
tənzimlənməsi məqsədi ilə, Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi
nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il
tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən
məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BakuPost-a verilən məlumata görə,
qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə
etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə
olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının
tələblərinə riayət etmələri xahiş olunur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər