Ru
13:16 / 22 Fevral 2017

Bu gün böyük sensassiya olacaq - Astroloq

2813
Günümüzdə daha çox diqqətləri astroloji proqnozlar çəkir. Cəmiyyətdə birmənalı qarşılanmasa da, bu cür proqnozlara inananların sayı kifayət qədər çoxdur.


Tanınmış astroloq Səbuhi Rəhimli də deyir ki, adətən günə qoroskop xəritəsini müşahidə etməklə başlayır. Fərdi adamların astroloji göstəriciləri ilə yanaşı müxtəlif bölgələrin ictimai-siyasi xəritəsinin də qurula bildiyini söyləyən astroloq illik proqnozlarında məhz bu metoddan yararlanır.


Cebhe.info-da yayımlanan "İki tutulma arasında" başlıqlı köşə yazısında 11-26 fevral periodunun asan keçməyəcəyini qeyd edən Səbuhi Rəhimli planetar quruluşun gərgin günlərindən biri kimi fevralın 22-nə diqqəti çəkib.


Astroloqun verdiyi məlumata görə, astroloji göstəricilər Bakı vaxtilə saat 12:30-dan 22:40-a qədər olan aralıqda gözlənilməz hadisələr olacağını söyləməyə əsas verir. Harada və nə olacağını demək istəməyən S.Rəhimli siyahıya Cənubi Qafqazın da aid olduğunu vurğulamaqla kifayətlənib: "Onu qeyd edim ki, günün astroloji xəritəsi böyük sensassiya olacağından xəbər verir”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər