Bu gün baş verən ağır qəzanın SƏBƏBİ

757
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

BakuPost-a verilən məlumata görə, "90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Dövlət Yol Polisinin əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edib, yolda nəqliyyatın hərəkətini tənzimləyiblər.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər