Bu fond fəaliyyətini dayandırdı

1999-cu ildə Azərbaycanda kiçik və orta biznesin kreditləşməsi üçün yaradılmış Almaniya-Azərbaycan fondu (AAF) faktiki olaraq fəaliyyətini dayandırıb.

Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Məlumata görə, AAF və Azərbaycan Maliyyə Nazirliyi arasında imzalanmış müqavilənin müddəti 2015-ci ildə başa çatmışdı. Ötən il şirkət əvvəl verilən kreditlərin yığımı ilə məşğul olub.

AAF kredit portfelini indiki 11 milyon avrodan 50 milyon avroyadək qaldırmaq niyyətində olduğunu bildirsə də, Maliyyə Nazirliyi Azərbaycanda biznesin kreditləşməsi üçün kifayət qədər mənbənin olduğunu bildirərək yeni müqavilənin imzalanmasına razılıq verməyib.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər