“Bu cür məğlubiyyətlərlə razılaşmalıyıq” - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi” ilə oyundan sonra mətbuat konfransında iştirak edib.

Qurban Qurbanov britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ”ı Azərbaycan Premyer Liqasında və Çempionlar Liqasında hansı yerdə görürsüz?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da əldə etdik.

- 2008-ci ildən "Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandaya böyük uğur qazandırdınız...

- Dəyərli suala görə çox sağ olun. "Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik. (azvision.az)
 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

22 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər