Bu bölgələrdə qar hərəkəti iflic etdi - VİDEO

İsmayıllıya gecə saatlarında yağan qarın hündürlüyü 40-50 sm-ə çatıb.

BakiPost.az ARB Şəki-yə istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Avtomobillər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar. Rayonun Lahıc qəsəbəsi və 20-yə yaxın ucqar kəndlə rayon mərkəzini birləşdirən yollarda avtomobillərin hərəkəti dayandırılıb. Hazırda yolların açılması istiqamətində işlər davam etdirilir.

Şamaxıda da sürücülər yola çıxmağına peşman olub. Buz meydançasını xatırladan yollarda avtomobillər xizək kimi sürüşüb, kiçik qəzalar qaçılmaz olub. Texnikalar yolun qardan təmizlənməsinə cəlb edilsə də təkrar yağan qar buzlaşmayla nəticələnib. Bakı-Şamaxı yolunda güclü külək yolun bir hissəsinə qar topası yığıb. Müşfiqabad qəsəbəsi və Atyalı adlanan ərazidə hərəkət bir müddət məhdudlaşıb.

Qəbələ və Oğuz rayonlarında qarın qalınlığı 60 sm, dağlıq kəndlərdə və dağətəyi ərazilərdə isə 80-90 sm-dək olub. Gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb.

Şəkidə isə qarın hündürülü şəhər ərazisində 20, dağlıq ərazilərdə isə 30-40 sm-ə çatıb. Yollarda hərəkət çətinləşib. Havanın temperaturu gunorta saatlarında -3,-5 dərəcə təşkil edib. Bu gün gecə saatlarında da şaxtalı hava şəraitinin davam edəcəyi, yolların buz bağlayacağı ehtimal olunur. Odur ki, yol polisi sürücülərə xəbərdarlıq edir. Şaxtalı hava şəraitinin fevralın 18-i günorta saatlarınadək davam edəcəyi gözlənilir. Növbəti günlərdə isə temperatur dağlıq ərazilərdə 5 dərəcəyədək yüksələcək.
 
Bakı Post

 

 


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər