Ru
16:43 / 20 Sentyabr 2017

Bu azərbaycanlı uşaqların qohumları axtarılır - Valideynləri “İŞİD”ə qoşulub, ölüb

1160
Valideynləri "İŞİD”in qurbanı olan 2 azərbaycanlı körpənin qohumları axtarılır.


BakuPost.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan məlumat yayıb. Saytın yazdığına görə, iki yaşlı Xədicə və üç yaşlı Abdulla müharibədə valideynlərini itirib, indi isə Bağdaddakı uşaq sığınacağında məskunlaşıblar.


RT telekanalının əməkdaşları həmin sığınacaqda olublar. Məlum olub ki, valideynləri sözügedən uşaqları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.


"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi", – deyə telekanalın əməkdaşı bildirib.


Onun təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.


Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. 


Əgər bu videodakı uşaqları tanıyan varsa, Sputnik Azərbaycanın redaksiyasına müraciət edə bilərlər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər