Ru
16:06 / 29 Mart 2017

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır

2059

"Azəravtoyol” ASC tərəfindən 12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.



"Azəravtoyol”dan BakiPost.az-a verilən məlumata görə,
"Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti "Azneft
meydanı”ndan başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək
Neftçilər prospektinin "Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər
olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin
aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

"Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək
və asfalt üzərində isə təyin edilən yerlərdə "Bakı 2017” sözləri yazılacaq.

"Oyunlar zolağı”nın Neftçilər prospektinə ("Azneft
meydanı”-"Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1
avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə
Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Azəravtoyol” ASC Bakı 2017 IV İslam
Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin
yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Bakı Post

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər