Ru
13:57 / 29 Dekabr 2016

BSU-da operativ qərargah yaradılıb

2924

Bakı Slavyan Universitetində (BSU) imtahan
sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların
gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll
edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən valideyn şuralarının,
tələbə-gənclər təşkilatlarının, tələbə və maginstrantlardan formalaşan "Kölgə
kabineti”nin, "Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət "Operativ qərargah”
təşkil edilib.


BakiPost.az xəbər verir ki, qərargaha rəhbərlik edən
elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahın işində valideynlərin
və tələbələrin fəal iştirak etdiyini bildirib: "Məqsəd obyektivliyi və şəffaflığı
təmin etməkdir. Qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə
vaxtaşırı məlumat verilir, valideynlərin imtahan prosesinin bütün mərhələlərində
fəal iştirakını təmin edirlər. Münaqişəli məsələlər yerindəcə həll edilir. Bundan
əlavə, təhsil haqqını vaxtında ödəməyən tələbələrin ailə vəziyyəti nəzərə
alınır”.


Qərargahda bütün fakültələrin tələbə-gənclər təşkilatlarının
nümayəndələri təmsil olunur.


Qeyd edək ki, imtahan sessiyasının təşkili,
keçirilməsi və nəticələri barədə hesabatlar sessiya bitdikdən 10 gün müddətində
ümumiləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər