Ru
21:39 / 19 Yanvar 2017

Braziliya həbsxanasında toqquşma

735
Braziliyanın Natal şəhərindəki həbsxanada məhbuslar arasında toqquşma baş verib.


Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, məhbusların bölündüyü iki qrup arasında baş verən qarşıdurmanı sakitləşdirmək üçün rezin güllələrdən istifadə edilib.


Qeyd edək ki, bir neçə gün əvvəl həmin həbsxanada baş verən qiyamda 30-a qədər dustaq ölmüşdü. Natal həbsxanasında hazırda 1100 dustaq cəza çəkir.


Yanvar ayı başlayandan ölkənin müxtəlif həbsxanalarında baş verən toqquşmalarda 100-dən çox məhbus həyatını itirib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər