Ru
14:27 / 22 İyun 2018

“Bravo”nun müdir müavini döyüldü - Vəziyyəti ağırdır/ TƏFƏRRÜAT

5945
"Bravo"nun işçisinin döyülməsinin təfərrüatları məlum olub.

 

Pənah Ruşanovun yaxınlarının BakuPost-a verdiyi məlumata görə, o, "Bravo"nun "Bülbül Ekspres" filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır: "Firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi onu dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib".

 

Bildirilir ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: "Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb".

***
Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Bülbül prospektində baş verib.


Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. 


Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
“Bravo”nun müdir müavini döyüldü -  Vəziyyəti ağırdır/ TƏFƏRRÜAT
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər