Ru
11:57 / 16 Yanvar 2017

"Boeing"də həlak olan pilotların adları açıqlandı

1299
Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların adları açıqlanıb.


Bu barədə Trend Türkiyənin "Vatan” qəzetinə istinadən məlumat verir.


Məlumata görə, təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan və Nelih Koça daxil olub.


Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.


 

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.


 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər