BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi

1832
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
BakuPost-un xəbərinə görə, təbrik mətnində deyilir:
 
"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizinlə Birləşmiş Millətlər Təşkilatının həm Azərbaycandakı rezident əlaqələndiricisi, həm də digər qurumları vasitəsilə qarşılıqlı maraq doğuran məsələlər üzrə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

Biz Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq.

Bildiyiniz kimi, BMT uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək.
 
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.
 
Ən xoş arzularla”


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər