Ru
12:33 / 18 Avqust 2017

Biznesmen oğlu “Range Rover”lə qəzaya düşdü - Hadisə hamıdan gizlədilir

5783
Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.


BakuPost.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.


Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.


Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.


Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.


Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər