Ru
15:38 / 19 Fevral 2018

Bitkoin yenə bahalaşır - 10 min dolları keçdi

2259
Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmaqda davam edir. Növbəti iki həftə ərzində ekspertlər bitkoinin qiymətinin volatil olacağını bildirir.


Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, indi bitkoinin qiyməti 2,81 faiz bahalaşaraq 10,89 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar - "Ethereum" 1,46% və ya 947,09 dollaradək, "Ripple" 0,49% (1,14 dollara qədər), "Bitcoin Cash" isə 1,69% (1,527 min dollaradək) bahalaşıb.


Kriptovalyuta bazarının kapitallaşması hazırda 496,59 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər