Ru
14:38 / 16 Yanvar 2017

Türkiyə təyyarəsi binalara çırpıldı - Ölü sayı 42-yə çatdı/ VİDEO/ Yenilənib

5592


Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin
AST şirkətinə məxsus "Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin
sayı 42-yə çatıb.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir
ki, bu barədə Qırğızıstanın baş nazirinin birinci müavini Muxammedkalıy
Abulqaziyev məlumat verib.

O bildirib ki, qəza zamanı yaralananlardan 11 nəfər
daha ağır vəziyyətdədir. Onlar xəstəxanalara yerləşdirlib.


Nazir müavini onu da qeyd edib ki, ölən 42 nəfərdən
37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i isə ekipaj üzvüdür.


 

*** 10:21  

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines” şirkətinə məxsus "Boinq 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənləri sayı 37-yə çatıb.


BakıPost.az xəbər verir ki, bu haqda Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Nazirlikdən bildirilib ki, təyyarə düşən ərazidə 32 fərdi ev, həmçinin təyyarənin düşdüyü ərazidə 15 birmərtəbəli yaşayış evi dağılıb.


 ***

 10:00


BakıPost.az xarici mətbuata istinadən xəbər verir ki, Honkonq-Bişkek uçuşu zamanı "Turkish Airlines” şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər ağır yaralanıb. 


Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 8 nəfər yaralıdan 6-sı uşaqlardır. 

"Boeing 747” yük təyyarəsi yerli vaxtla saat 07:30-a qəzaya uğrayıb. 


Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev və baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qırğızıstanın Manas hava limanı uçuşları dayandırıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Qəzanın hansı səbəblərə baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

 

***


 

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines” şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. 


BakiPost.az RIA Novosti-yə istinadən mılumat verir ki, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.


Hadisə nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.


"Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.


Qəza pis hava şəraiti səbəbindən baş verib.

 




Sevinc Yasinqızı

Bakı Post

Türkiyə təyyarəsi binalara çırpıldı -  Ölü sayı 42-yə çatdı/ VİDEO/ Yenilənib
Türkiyə təyyarəsi binalara çırpıldı -  Ölü sayı 42-yə çatdı/ VİDEO/ Yenilənib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər