Ru
14:34 / 16 Yanvar 2017

Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

674
Bişkekdə qəzaya uğramış yük təyyarəsinin "qara qutu”su tapılıb.


AzərTac Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindəki mənbə məlumat yayıb.


Xatırladaq ki, Türkiyənin ACT özəl şirkətinə məxsus yük təyyarəsi bu gün yerli vaxtla saat 07.31-də (Bakı vaxtı ilə 05.31-də) yanacaq götürmək üçün Bişkekin Manas aeroportuna eniş edərkən qəzaya uğrayıb. Honqkokdan İstanbula uçan "Boeing-747” təyyarəsi aeroportun yaxınlığında yerləşən qəsəbəyə düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində 32 bağ evi dağılıb, azı nəfər 37 nəfər həlak olub. Hazırda qəza yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Hadisənin səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb.


Aeroportun fəaliyyətinin bərpa olunduğu bildirilir.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər