Ru
23:22 / 14 Avqust 2017

Bir qrup namizəd müəllimlərin işə qəbulundan narazıdır - VİDEO

616
Bir qrup namizəd müəllimlərin işə qəbulu imtahanından narazıdırlar. Bildirirlər ki, əziyyətləri bəhrəsiz qalıb.

 

BakuPost.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, müəllim namizədlərin imtahana buraxılmaması səbəbləri diplomlarındakı ixtisasdır.

Belə ki, xanəndəlik sahəsində təhsil aldığı əsas gətirilərək onları musiqi müəllimi işləmək üçün nəzərdə tutulan imtahana buraxmayıblar.

Onlar, həmçinin bildirib ki, əgər ixtisasları yararsız idisə, o zaman yaxşı olardı ki, əvvəlcədən onlara bu barədə məlumat verilərdi. Namizdədlər də bu qədər əziyyət çəkməzdi.


Gəncləri ən çox narahat edən isə indi əllərindəki diplomun nə işə yarayacağıdır.


Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirirlər ki, namizədlərin sadəcə olaraq qeydiyyat zamanı diqqətli olub bəzi nüanslara fikir vermələri lazım idi.

Bu o deməkdir ki, namizədlər müəllim kimi yox, diplomda yazılan ixtisas üzrə işləmək məcburiyyətindədir.






 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər